Türkdilli ölkələrin ümumi telekanalı yaxşı layihədir, layihə artıq realizə edilir. Bu, türk xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək və öz informasiya siyasətimizi aparmağa imkan yaradacaq.
Oxu.Az informburo.kz saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkdilli ölkələrin V Sammitinin açılışında bəyan edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də türkdilli ölkələrin telekanalının açılışının labüdlüyünü vurğulayıb.
“Maliyyələşdirməyə gəldikdə Qazaxıstanda da, Azərbaycanda və Qırğızıstanda da fondun yaradılması və türk dünyasının inkişafı üçün sponsor tapmaq haqqında düşünməliyik”, - Nursultan Nazarbayev Sammitin açılışında bildirib.
O həmçinin qeyd edib ki, türkdilli ölkələr ümumi informasiya meydanına malik olmalıdırlar.
“Mən bilirəm ki, türk dünyası üçün ümumi informasiya məkanı yaratmalıyıq. Buna görə də türk telekanalı çox mühüm olacaq”, - Qazaxıstan prezidenti bildirib.