Rusiya prezidenti Vladimir Putin sabah Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Görüş zamanı bəzi sənədlərin imzalanması gözlənilir.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın birində Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Görüşün sonunda hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir”, - məlumatda bildirilib.
Qeyd edilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.