Prezident İlham Əliyev Vergi Məcəlləsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi uçotuna alınması müddətini müəyyən edən dəyişiklikləri təsdiq edib.
Oxu.Az-a bu barədə Vergilər Nazirliyindən bildiriblər.
Belə ki, düzəlişlərə əsasən, 34.2-ci maddədə dəyişikliklər fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması prosesinin dərhal həyata keçirilməsini nəzərdə tutur. Bu halda müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.
Xatırladaq ki, Məcəlləyə dəyişikliklər qüvvəyə minib.