Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ prezidenti Barak Obamanın dekabrın 18-də imzaladığı “Ukraynanın azadlığına dəstək barədə” qanun, Moskva və Vaşinqton arasında normal qarşılıqlı fəaliyyət imkanlarını uzun müddətlik pozmağa qadirdir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri o, ABŞ dövlət Katibi Con Kerri ilə telefon danışığı zamanı deyib.
Söhbət dekabrın 18-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Qeyd edilib ki, söhbət zamanı, eləcə də Fələstin-İsrail tənzimlənməsinin problematikası, Ukrayna krizisində vəziyyət müzakirə edilib.
ABŞ prezidenti Barak Obama “2014-cü ildə Ukraynanın azadlığına dəstək” haqqında qanunu dekabrın 18-də imzalayıb.
Akt Rusiya dövlət şirkətlərinə qarşı sanksiyalar yürütməyə və Ukraynaya hərbi yardım göstərməyə imkan verir. Bununla yanaşı, amerikalı lider vurğulayıb ki, baxmayaraq ki, qanun ona antirusiya məhdudiyyətlərinə icazə verir, o, hələ ki, bu tədbirləri həyata keçirmək niyyətində deyil.
Qanun layihəsi ABŞ konqresinin senatı tərəfindən 2014-cü ilin dekabr ayının 12-də qəbul edilib. Həmin gün Moskvada bu qanunun ünvanına tənqidi çıxışlar səslənib. XİN-də qeyd ediblər ki, Rusiya Vaşinqtonun şantajına boyun əyməyə hazırlaşmır.