Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində Xocalı rayonunun Sığnaq kəndində olublar.
İlham Əliyev burada Azərbaycan və Türkiyənin bayraqlarının, eləcə də bu ərazidə yolu inşa edən Türkiyənin “KOLİN” şirkətinin bayrağının asıldığını qeyd edib.
Yolun üzərində iki qardaş ölkənin – Azərbaycan və Türkiyə prezidentlərinin fotosunun olduğu lövhə qoyulub.
Prezident İlham Əliyev Sığnaq kəndinin azad olunmasının önəmindən danışıb:
“Xocalının Sığnaq və Çanağçı kəndlərinin işğaldan azad olunması Şuşa əməliyyatı üçün önəmli, xüsusi addımlardan biri idi. Ordumuz böyük qəhrəmanlıq göstərib və bu kəndləri işğalçılardan azad etmişdir. Növbəti istiqamətimiz Daşaltı kəndi, daha sonra isə Şuşa olacaq”.
View this post on Instagram
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
- İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi - Foto
- Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - Foto/Video
- Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Digər xəbərlər