Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev: "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir"
"Azərbaycan COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək"
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.
"Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır", - deyə dövlətimizin başçısının müraciətində qeyd olunub.
"COP29" teqi üzrə xəbərlər
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
- Ceyhun Bayramov Çinin yeni səfirini qəbul edib
- Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı: "Müsbət nümunələr əldə etdik"
- Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü
- Türkiyəli nazir Azərbaycana təşəkkür etdi