Azərbaycan Prezidenti İlham Əliyev Müstəqim Səyyad oğlu Məmmədovun Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Müstəqim Səyyad oğlu Məmmədov Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Qeyd edək ki, M.Məmmədov daha əvvəl Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.