Azərbaycan prezidenti İlham Əliyev Yuriy Vladimiroviç Yermakova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərdi təqaüd Y. Yermakova Azərbaycanda kimya sənayesinin inkişafındakı xidmətlərinə görə verilib.
Dövlət başçısı Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.