Azərbaycan prezidenti İlham Əliyev Domeniko Kokonun İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.