İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.
Romanın Kuirinale Sarayında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı yola salıblar.
Bu gönderiyi Instagram'da gör"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - Foto/Video
- Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
- Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir - Foto
- İlham Əliyev İspaniya kralına başsağlığı verdi
Digər xəbərlər