Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İmamverdi İsmayılovun dairəsində nəticəsi ləğv olunan məntəqələrin sayı artdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətə baxılır.
Oxu.Az-ın məlumatına görə, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə namizəd Anar Əsədlinin şikayəti müzakirəyə çıxarılıb.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, namizəd şikayətində dairə üzrə seçki pozuntularına yol verildiyini iddia edib.
“Anar Əsədli dairə üzrə nəticələrin ləğv olunmasını tələb edir”, - deyə Ramiz İbrahimov bildirib.
R.İbrahimov qeyd edib ki, araşdırma nəticəsində həmin dairənin 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.
MSK-nın iclasında məsələ ilə bağlı qərar layihəsi səsverməyə çıxarılıb. MSK qərara alıb ki, adıçəkilən məntəqələrin nəticələri etibarsız sayılsın.
Xatırladaq ki, bundan əvvəl MSK-nın qərarı ilə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 məntəqəsinin də nəticələri etibarsız sayılmışdı.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ