Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“İnzibati icraat haqqında” qanuna dəyişiklikdə nə təklif edilir?
Dövlət başçısının təqdimatı ilə Milli Məclisə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədilə layihə daxil olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı “İnzibati İcraat haqqında” qanunda dəyişiklik təklif edilir.
Belə ki, qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir:
“Bu maddə dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar qəbul edilən inzibati aktların məhkəmələrdə mübahisələndirilməsi hallarına şamil edilmir”.
Layihədə göstərilir ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Təqdim edilən layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Rusiya Paşinyana yeni xəbərdarlıq edəcək" - Ermənistan öz gələcəyini sual altında qoyur
- 1500-dən çox məktəb bağlanacaq? - NAZİRDƏN AÇIQLAMA
- Veteranların müavinətləri artırıla bilər? - Deputat mühüm məsələni vurğuladı
- Deputat: "İşsizlik bölgələrdə bir nömrəli problemdir"
- Deputat pul qazanmaq istəməyənləri tənqid etdi: "Heç kimə minnət etməyin"