Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib](https://images.oxu.az/2024/12/12/8XRV8TLROkQ5IR51BaSRRqD6AXh2ibfXFjw7HAox:1200.jpg)
İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib
İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi həmişə böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur. Həyatını xalqına, dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən dahi şəxsiyyət daim böyük hörmət və rəğbətlə xatırlanacaq. Onun yüksək vətənpərvərliyi, mütərəqqi ideyaları, müdrik siyasəti, zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq",- məlumatda qeyd edilib.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır
- "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması" elektron xidməti ilə bağlı TƏLİMAT
- İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edildi
- Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib
- Azərbaycanda unun son topdansatış qiyməti məlum olub