Bu gün saat 19:30-dan 22:00-dək davam edən təxliyə prosesi nəticəsində İrandan ümumilikdə 57 nəfər Azərbaycana gətirilib. Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilən bu prosesdə müxtəlif ölkələrin vətəndaşları yer alıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, təxliyə olunanların siyahısı aşağıdakı kimidir:
Azərbaycan və qonşu ölkələr: 4 Azərbaycan, 14 İran və 19 Oman vətəndaşı;
Ərəb və Afrika ölkələri: 11 Bəhreyn və 6 Sudan vətəndaşı;
Digər ölkələr: 1 ABŞ, 1 Kanada və 1 Dominikan vətəndaşı.
Təxliyə iki qrupla (saat 19:30 və 19:40-da başlayaraq) reallaşdırılıb. Bütün şəxslərin sərhəd-keçid prosedurları müvafiq qaydada təmin edilib.
Bu gün saat 16:00-dan 17:30-dək İrandan Azərbaycana 39 Hindistan vətəndaşı təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bu gün saat 15:00-dan 16:00-dək İrandan Azərbaycana yeddi Hindistan vətəndaşının təxliyəsi baş tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
İrandan martın 13-də saat 12:00-15:00 aralığında daha beş nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, həmin şəxslərin üçü Azərbaycan, biri Çin, biri isə Böyük Britaniya vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
İrandan martın 13-ü saat 10:00-12:00 aralığında daha beş nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Tacikistan və Çindən hərəsindən iki və bir Rusiya vətəndaşının təxliyəsi baş tutub.