Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran hərbi xərclərini 200% artırmağı planlaşdırır
İran hökuməti hicri-şəmsi təqviminə görə növbəti 1404-cü il üçün (milad təqviminə görə 20 mart 2025-ci ildə başlayır) yeni büdcə layihəsində hərbi xərcləri 200% artırmağı planlaşdırır.
Oxu.Az-ın IRIB telekanalına istinadən məlumatına görə, bu barədə İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.
"Ölkənin bütün xərclərini əhatə etməli olan büdcə layihəsində ölkənin müdafiə ehtiyaclarının ödənilməsi də nəzərə alınıb. Bu baxımdan hərbi büdcənin 200% artırıldığını müşahidə etdik", - deyə Mohacerani mətbuat konfransında bildirib.
"İran" teqi üzrə xəbərlər
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
Ən çox oxunanlar