Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran parlamenti Nazirlər Kabinetinin yeni tərkibini tam şəkildə təsdiqləyib
İranın yeni Prezidenti Məsud Pezeşkianın təklif etdiyi siyahıdakı bütün nazirlərin namizədliyi İslam Respublikası parlamenti (Məclis) tərəfindən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə hökumətin Mətbuat Xidməti məlumat yayıb.
Siyasətçilərin adlarını parlamentin sədri Məhəmməd Baqir Qalibaf oxuyub. Pezeşkian hökumətin namizədlərinin siyahısını avqustun 11-də parlamentə təqdim edib. Yeni kabinetdə əvvəlki tərkibdən yalnız Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib qalıb.
Bununla da yeni hökumətin nazirləri 268 səslə Əlirza Kazemi təhsil naziri, 253 səslə Əhməd Dünyamalı idman naziri, 261 səslə İsmayıl Xətib kəşfiyyat naziri, 231 səslə Məhəmməd Atabək sənaye, mədən və ticarət naziri, 272 səslə Abbas Salehi mədəniyyət və islami irşad naziri, 221 səslə Hüseyn Simayi elm naziri, 253 səslə Qulamrza Nuri kənd təsərrüfatı naziri, 222 səslə Mohsen Paknejad neft naziri, 168 səslə Rza Salehi Əmiri mədəni irs naziri, 255 səslə Abbas Əliabadi energetika naziri, 191 səslə Əhməd Meydəri əmək naziri, 264 səslə Səttar Haşemi rabitə naziri, 247 səslə Abbas Əraqçı xarici işlər naziri, 192 səslə Əbdünnaser Hemməti iqtisadiyyat naziri, 268 səslə Əmin Hüseyn Rəhimi ədliyyə naziri, 231 səslə Fərzanə Sadiq yol və şəhərsalma naziri, 163 səslə Məhəmmədrza Zəfərqəndi səhiyyə naziri, 281 səslə Əziz Nəsirzadə müdafiə naziri və 259 səslə İsgəndər Momeni daxili işlər naziri təyin edilib.