Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran Prezidenti: "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"
"Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
"Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür", - deyə Prezident Pezeşkian əlavə edib.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Pezеşkian: "İran heç bir halda dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək"
- Pezeşkian Fars körfəzi ilə bağlı paylaşım etdi
- Rəisinin anasından Pezeşkiana məsləhət: "Helikopterə minmə"
- Azərbaycan üçün yeni siyasi mərhələ: "Rəsmi Bakı mövqelərini möhkəmləndirir"
- İran prezidentinin oğlu "Traktor"un azarkeşlərini müdafiə etdi