"Azərbaycanda bacı-qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram".
Oxu.Az xəbər verir ki, bunu İran prezidentinin qızı Zəhra Pezeşkian "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında dostluq və dərin mənəvi bağlılıq var:
"Tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan bu iki ölkə üçün ailə institutunun qorunması əsas və ortaq dəyərlərdən biridir. Bu, xalqlarımızın qəlbində xüsusi yer tutur. Biz İslam baxışına əsasən qadını gözəlliyin və ləyaqətin təcəssümü hesab edirik və ona ailənin, mədəniyyətin və tərbiyə sisteminin mərkəzində mühüm, formalaşdırıcı rol veririk".
Elmidar Əliyev