İranın Azərbaycandakı Səfirliyinin Nardaran hadisələri ilə bağlı bəyanat yayıb.
Səfirlikdən Oxu.Az-a bildiriblər ki, İran Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib.
Məlumatda qeyd olunur ki, İran Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləyir.
“İran heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur” , - deyə, səfirlikdən bildiriblər.