Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Gəncədən qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı. Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla danışdı, aidiyyəti qurumlara tapşırıqlar verdi.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözləyir. Nazir Kəmaləddin Heydərov Gürcüstan və Türkiyənin Daxili İşlər nazirləri ilə danışdı.
"Azərbaycan vasitəsilə gələn buğdadan hazırlanan çörəkdən ilk özüm yeyəyəcəm". Ermənistanın iqtisadiyyat naziri ölkəsindəki şayiələrə cavab verdi.
Rusiyanın "Kinjal" raketi ilə silahlanmış MiQ-31 qırıcısını qaçırmağa çalışdılar. Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanı ittiham etdi.
İrandakılar təşvişdə. Su anbarı qurudulması nəticəsində 70-dən çox cəsəd üzə çıxdı.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: