İranın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı ISNA agentliyinə istinadla bildirir.
Məlumata görə, İranın Bakıdakı yeni səfiri Müctəba Dəmirçilidir.
Bildirilir ki, o, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru vəzifəsini tutur.