Portuqaliyanın xarici işlər naziri Paulo Rangel azərbaycalı həmkarı Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər.
Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.
Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar.
Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumu barədə qarşı tərəf məlumatlandırılıb.
Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.
Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.
Telefon danışığı zamanı həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Telefon danışığı zamanı Yaxın Şərqdə hərbi eskalasiya, eləcə də İran tərəfindən ölkəmizə edilmiş dron hücumu ilə bağlı müzakirə aparılıb.
Bu cür addımların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldiyi və regionda sabitlik üçün risklər yaratdığı vurğulanıb, Somali tərəfi bu hücumları qətiyyətlə pisləyib.
Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, eləcə də regional və qlobal təhlükəsizlik üçün gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.
Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.
Birləşmiş Krallıq tərəfi İranın ölkəmizə qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Belə ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, indiyə qədər 60-dan çox ölkə və təşkilat İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
