Robert İlatovun “Xarici agentlər haqqında” qanun layihəsinin Knessetdə müzakirəsi KİV-in diqqətini çəkib.
Oxu.Az İsrail KİV-nə istinadən xəbər verir ki, səbəb isə solçu MERETS partiyasının lideri Zaava Qalyonla Aviqdor Liberman arasında qarşıdurma olub.
Robert İlatov öz qanun layihəsində xaricdən yardım alan, xarici dövlətlərin maraqlarını irəli sürən ayrı-ayrı şəxsləri və təşkilatları “xarici agent” adlandırmağı təklif edib.
Bu qanun layihəsi keçən həftə Knessetdə qeyri-kommersiya təşkilatlarının maliyyələşdirilməsinin şəffalığına dair qanunun məntiqi davamı olub. Qanun Knessetdə ilk oxunuşda təsdiqlənib.
MERETS partiyasının lideri Zaava Qalyon qanun layihəsini kəskin tənqid edərək, onun qəbul edilməsini istəyənləri təhqir edib. Əsasən də “Bizim Evimiz İsrail”in nümayəndələrinin mümkün imtiyazlar aldıqları Azərbaycanın agentləri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, xarici işlər naziri Aviqador Liberman Azərbaycan hökumətinə məxsus olan şirkətlərin maraqlarını irəli sürürdü. “Siz erməni soyqırımının tanınmasına çalışırsınız. Çünki siz Azərbaycanın agentlərisiz. Bütün bu olanlardan sonra ictimai təşkilatlardan necə “şəffaflıq” tələb edə bilərsiniz?”
Aviqador Liberman öz növbəsində Zaava Qalyona onun baş direktor olduğu təşkilatın kassasından on minlərlər dolların itməsindən sonra müstəntiqlərlə 12 saatlıq söhbəti xatırladıb.
O həmçinin Zaava Qalyona Tveridə konfransın təşkili üçün 60 min avro aldığını və konfransın isə baş tutmadığını xatırladıb.Hüquqi müşavir ictimai təşkilatların təsiri altında işi “cinayət tərkibinin olmadığı” üçün bağlamalı olub.
Səs-küylü müzakirələrdən sonra qanun layihəsinə Knessetin 51 deputatı lehinə və 38 deputat əlehinə səs verib. Qanun layihəsi işlənməsi üçün Knessetin qanunverici komissiyasına təqdim ediləcək.