Yaz bayramları ərəfəsində İsrailin Terrorizmlə mübarizə qərargahı xaricə səfərlərə hazırlaşan israillilər üçün xəbərdarlıq dərc edib.
Oxu.Az İsrail KİV-ə istinadən xəbər verir ki, qərargahın əməkdaşları xəbərdarlıqların dəqiq və yoxlanılmış kəşfiyyat məlumatlarına əsaslandığı və xaricdə israillilər, yəhudilərə qarşı real terror təhdidlərini əks etdirdiyini vurğulayırlar.
Qərargahın xəbərdarlığı dünyanın 193 ölkəsindən 41-ni əhatə edir.
İsraillilərə 27 dövlət və 8 sərhədyanı ərazini ziyarət etmək tövsiyyə olunmur. Daha altı ölkəyə səfər qanunla qadağandır.
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, Misir (Sinay yarımadası daxil olmaqla), Qətərə səfər etməmək tövsiyyə olunur – həmin ölkələrdə təhdid səviyyəsi “konkret” olaraq göstərilib.
Qərargah Mərakeş və Omana da getməməyi tövsiyyə edir – burada təhdid səviyyəsi “daimidir”.
İdarə həmçinin Əfqanıstan, İndoneziya, Burkina-Faso, Kot-d’İvuar, Toqo, Mali, Malayziya, Pakistan, Azərbaycan, Nigeriya, Keniya, Türkiyəyə getməyi məsləhət görmür.
Terrorla mübarizə qərargahı xaricdə olan israilli turistlərə ehtiyatlı olmağı, biznes və istirahət sahəsində gözlənilməz təklifləri qəbul etməməyi məsləhət görür.
Gecə və şübhəli yerlərdə görüş təyin etmək məqsədəuyğun deyil.