"İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı - suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addımı alqışlayır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan ilkin sülh sazişi ilə bağlı bəyanatında qeyd edilib.
"Vasitəçiliyə görə ABŞ-yə təşəkkür edirik. Bu, regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir", - deyə bəyanatda vurğulanıb.
