Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kavelaşvili: "Azərbaycan ilə Gürcüstan ümumi maraqların müdafiəsi üzrə əməkdaşlığı intensivləşdirib"
"Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
"Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib", - deyə o əlavə edib.
"Gürcüstan prezidentinin Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
- Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Kavelaşvili: "Ümumi gələcəyimizə iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir"
- Kavelaşvili: "Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olub"
- Prezident: "Avropanın enerji təhlükəsizliyinin Azərbaycan və Gürcüstansız təsəvvürü mümkün deyil"