"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi məqsədi bir daha öz təsdiqini tapıb".
Oxu.Az xəbər verir ki, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EASS) baş katibi Kaysa Ollongren Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşdən sonra "X" sosial şəbəkəsində bu barədə məlumat paylaşıb.
Continued dialogue is key to turning the momentum toward lasting peace, stability and prosperity in the South Caucasus. Good exchange with AZ presidential advisor Elchin Amirbayov on EU-Azerbaijan relations in a fast-changing geopolitical environment. We share the ambition to take our partnership forward 🇪🇺🇦🇿
— Kajsa Ollongren (@EEAS_SecGen) October 23, 2026
"Cənubi Qafqaz regionunda prosesləri dayanıqlı sülh, əmin-amanlıq və rifaha doğru yönəltməyin başlıca şərti davamlı dialoqdur. Sürətlə yenilənən geosiyasi vəziyyət çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla Aİ-Azərbaycan münasibətlərinə dair səmərəli fikir mübadiləsi apardıq. Tərəfdaşlıq münasibətlərimizi dərinləşdirmək niyyətində olduğumuzu qarşılıqlı şəkildə ifadə etdik", - deyə baş katib bildirib.