Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçmiş məcburi köçkün: "İllər sonra gözümüzü öz doğma Şuşamızda açacağıq"
"Şuşadan çıxanda 27 yaşım var idi, ömrümün ən gözəl, gənc çağında doğma yurdumdan didərgin düşdüm, indi 58 yaşımda qayıdıram öz elimə, obama".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gültəkin Babayeva deyib.
O qeyd edib ki, bu günü yaşamaq həmişə onun arzusu olub və həyəcanla gözləyib:
"Gecəni həyəcandan yata bilməmişik. İllərlə bu günü gözləmişik. Nəhayət, illər sonra gözümüzü öz doğma Şuşamızda açacağıq. Çox xoşbəxtik.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 16 ailə (60 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Şuşa şəhərində ümumilikdə 220 ailənin (823 nəfərin) məskunlaşması təmin edilib.

Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Keçmiş məcburi köçkün: "Nəvələrim ata-baba torpaqlarımızda böyüyəcək, orada yaşayacaqlar"
- Düşmənə gözdağı - "Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm yaşayış binaları tikilir"
- Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub
- İlham Əliyev Xankəndidə "Bulud" hotelin açılışında iştirak edib