ABŞ-ın eks-prezidenti Corc Buşun hakimiyyəti illərində Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dikin Təbrizlə bağlı paylaşımını şərh edib.
O, BakuTV-nin sosial şəbəkə səhifəsində yayımlanan fotolara işarə edərək: “Nə etdiyinə bir bax Dik, hamı Təbriz barədə oxuyur!”, - yazıb.
Doran, həmçinin Baku TV-nin kitabın müəllifi Cəmilə Həsənzadədən müsahibə aldığını, xanımın isə öz növbəsində, Təbrizin türk və Azərbaycan şəhəri olduğunu, İranın bölgədə muxtariyyət üçün hərəkatın baş qaldıra biləcəyindən ehtiyat etdiyi üçün bu cür bəyanatlara sərt reaksiya verdiyini vurğuladığını bildirib.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri “Təbrizin sehrli Nağılları” kitabını paylaşaraq, onun vasitəilə Azərbaycan tarixi barədə çoxlu yeni məlumatlar əldə etdiyini yazmışdı.
Look what you did, @GeorgeDeek! Everyone is reading about Tabriz! pic.twitter.com/VGeg8fsOVX
— Mike (@Doranimated) July 23, 2022
https://t.co/whYPnO7Jxr interviewed Cəmilə Həsənzadə, the author of the book at the center of the storm. She said Tabriz is a Turkic and Azerbaijani city. Iran is paranoid about such statements, because it fears that a movement for autonomy might develop. https://t.co/Z58GwY1lyq
— Mike (@Doranimated) July 23, 2022