Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Keçmiş prezident: "Dünya miqyasında istənilən problem yalnız danışıqlar yolu ilə həll edilməlidir"
"Dünya miqyasında istənilən problem, ağırlıq dərəcəsindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Latviyanın keçmiş prezidenti Vayra Vike-Frayberqa Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransı zamanı söyləyib.
Latviyanın keçmiş prezidenti qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və narahatlıq doğuran mühüm qlobal problemlər yalnız dialoq formatında nəzərdən keçirilməlidir:
"Dünya miqyasında ölkələr arasındakı gərginliklər böyük narahatlıq doğurur. Belə bir şəraitdə münaqişə tərəfləri olan ölkələrin atəşkəsə nail olması önəm kəsb edir. Biz dünya miqyasında dramatik dəyişikliklərin şahidi oluruq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi mürəkkəb şəraitdə, qlobal səviyyədə narahatlıq doğuran məsələlərin iştirakçı ölkələr arasında müzakirəsi çox böyük əhəmiyyət daşıyır".
Məhərrəm Əliyev