Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa İttifaqından ABŞ-yə cavab: Milyardlarla avro dəyərində əks tədbirlər elan edildi
Avropa Komissiyası (AK) ABŞ-nin Avropa İttifaqından (Aİ) polad və alüminium idxalına tətbiq etdiyi yeni tariflərə cavab olaraq, idxal üzrə 26 milyard avro dəyərində "sürətli və mütənasib" əks tədbirlər elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnterfaks" nəşri məlumat verib.
"Komissiya ABŞ-nin bu cür tarifləri tətbiq etmək qərarından təəssüflənir, onların əsassız olduğunu, transatlantik ticarətinə zərər verdiyini, müəssisələr və istehlakçılar üçün zərərini və əksər hallarda qiymətlərin bahalaşmasına gətirib çıxardığını hesab edir", - deyə AK-nin bəyanatında bildirilib.
"Bu gün səhərdən etibarən (12 mart) ABŞ polad və alüminium idxalına 25%-lik tarif tətbiq edir. Biz bu tədbirdən dərin təəssüflənirik. Tariflər vergilər deməkdir. Onlar biznes üçün zərərlidir, hətta istehlakçılar üçün daha pisdir. Bu tariflər tədarük zəncirlərini pozur. İqtisadiyyata qeyri-müəyyənlik gətirir. İş yerləri təhlükə altındadır. Qiymətlər artacaq. Həm Avropada, həm də ABŞ-də", - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qeyd edib.
Onun sözlərinə görə, Aİ istehlakçıları və müəssisələri qorumaq üçün hərəkət etməlidir. Ursula fon der Lyayen görülən tədbirləri mütənasib hesab edir.
"ABŞ 28 milyard dollarlıq tariflər tətbiq etdiyinə görə, biz də 26 milyard avro dəyərində əks tədbirlərlə cavab veririk. Bu, ABŞ tariflərinin iqtisadi miqyasına uyğundur. Bizim əks tədbirlərimiz iki mərhələdə tətbiq olunacaq. Aprelin 1-dən başlayaraq aprelin 13-də tam qüvvəyə minəcək", - deyə AK prezidenti əlavə edib.
"Eyni zamanda, Aİ razılaşdırılmış həll yolunun tapılması üçün əvvəlki kimi ABŞ administrasiyası ilə işləməyə hazırdır. Əgər belə bir həll tapılarsa, yuxarıda göstərilən tədbirlər istənilən vaxt ləğv edilə bilər", - deyə AK-nin kommünikesində vurğulanıb.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Prezident: "Avropa Azərbaycan qazına ehtiyac duyur"
- Avropa İttifaqının müşahidə missiyası yenidən sərhəddə: Durbinlə Qubadlı ərazisinə baxıblar
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər