Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Millimizin Haiti və Belarus seçmələri ilə yoldaşlıq görüşlərini idarə edəcək hakimlər bəlli olublar
Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə) və Fərid Hacıyev (Azərbaycan). "Bank Respublika Arena"da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürcüstandan olan baş hakim Aleko Aptsiauri və onun köməkçiləri Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan) Tural Qurbanov (Azərbaycan) idarə edəcək.
Qeyd edək ki, hər iki oyun saat 21:45-də başlayacaq.
"Futbol üzrə Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Millimiz AVRO-2025-in II seçmə mərhələsində Lüksemburqla üz-üzə
- 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi bəlli oldu
- Avropa çempionatı üçün millimizin heyəti bəlli oldu - Səkkizi legioner həyatı yaşayır
- Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu
- Azərbaycan millisinin baş məşqçi postuna namizədlər bəlli oldular