Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub
"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında 2011-ci il 18 iyul tarixli qərarına edilən dəyişikliyə əsasən, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yanaşı, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri üzrə də yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.
Bununla yanaşı, Nazirlər Kabinetinin "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı"nın təsdiq edilməsi və "Hökumət buludu" ilə bağlı bəzi tədbirlər haqqında 2020-ci il 29 oktyabr tarixli qərarına edilən dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti "Hökumət buludu"na mərhələli Keçid Planına daxil olunub.
Digər dəyişikliyə görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"na salınıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 45 yol layihəsi icra edilir
- Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 milyon manat xərclənəcək
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq
- Azərbaycanda əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb