Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib
2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:
- Seytalin Azamat Serikoviç
- Aminov Timur Vladimiroviç
- Aydarov Kani Manapoviç
- Karayev Sayasat Musayeviç
- Kenjeqaliyev Majit Serikbayeviç
- Kulxanov Azımbek Şındauletoviç
- Kuzembayev Erbol Axmetoviç
- Mendibayev Naurızbek Erlanulı
- Nuqumanov Ardak Koyşibekoviç
- Tleuberqenova Ayman Mınbayevna.

"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
- Tərlan Əhmədov: "Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam"