ABŞ-ın dövlət katibi Con Kerrinin dünya turu çərçivəsində müzakirə edəcəyi əsas mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsi olacaq.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
Kerri 16-17 may tarixlərində Vyanaya səfər edəcək. Burada o, Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək.
“Dövlət katibi Rusiya və Fransa nümayəndələri ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək”, - Con Kirиi deyib.
C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşdə və Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək.