Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişiklik son oxunuşda qəbul edilib
Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunan qaydada məşğul olduqları təsərrüfat fəaliyyətindən əldə edilən vəsait onların sərəncamında qalacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən ilk iclasında "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişikliklər haqqında layihə üçüncü oxunuşda müzakirə edilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən istifadə Qaydası"nın 3.1-ci bəndinə görə isə qurum əldə etdiyi vəsaitdən müvafiq qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir.
Beləliklə, təsbit olunması nəzərdə tutulan dəyişikliyə əsasən, sözügedən normativ hüquqi aktların struktur elementləri arasında kolliziya aradan qaldırılır.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşağı olanlara ŞAD XƏBƏR
- Korrupsiyaya qarşı mübarizə komissiyasının iclası keçirilib, yeni üzvləri təqdim olunub
- Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq
- Efirlərdə işarət dilindən istifadə olunacaq - Qanun dəyişir
- 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər əlilliyi olan uşaqlar hesab ediləcək