Suriyalı və israilli rəsmilərin bu gün Bakıda görüşəcəkləri gözlənilir.
Oxu.Az bildirir ki, bu barədə "Al-Arabiya" Dəməşqdə adının açıqlanmasını istəməyən diplomatik mənbəyə istinadla xəbər verib.
"Əhməd əş-Şaraanın Bakıya səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında görüş nəzərdə tutulur", - deyə mənbə bildirib.
Qeyd edilib ki, Prezident Əhməd əş-Şəraa görüşdə şəxsən iştirak etməyəcək.
İsrail və Suriya tərəfləri yaxın günlərdə Azərbaycan paytaxtı Bakıda görüşərək danışıqlar aparacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Frans-Press" (AFP) agentliyi mənbələrə istinadla məlumat yayıb.