Səməd Seyidov AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Haqqın.az saytına Milli Məclisdəki mənbələrdən bildirilib ki, gələcək sessiyalarda Səməd Seyidov nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək.
14:47
Səməd Seyidov AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, haqqin.az saytının məlumatına görə, Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.
Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.
Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.
Səməd Seyidovu yanvar sessiyası dövründə millət vəkili Vüsal Hüseynov əvəz edir. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib.