Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, son payız sessiyasında komitənin üç iclası keçirilb və altı məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.
O deyib ki, hesabat dövründə komitənin ünvanına 124 müraciət daxil olub, onlardan 70-i tədbir görülməsi məqsədilə aidiyyəti qurumlara göndərilib, digərləri müvafiq qaydada həll olunub.
MM-də komitə üzvləri tərəfindən 51 nəfər qəbul edilib, dinlənilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az