Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.
“Report”un xəbərinə görə, tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri İnam Kərimov, daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə naziri Fikrət Məmmədov, Ombudsman Səbinə Əliyeva, Baş prokuror Kamran Əliyev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri, hakimlər iştirak edirlər.
Toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi”, Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişikləri fonunda - əldə edilmiş nəticə” mövzusunda çıxış edəcəklər.
Daha çox foto burada: PhotoStock.az