Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Kraliça dövlət başçısına ən səmimi salamlarını çatdırmaqdan böyük məmnunluq hissi duyaraq İlham Əliyevə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edib.