“Alaniya” futbol klubunun rəhbərliyinin təşəbbüsü ilə Vladiqafqazda bu komandanın və “Neftçi” komandasının veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.
Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, matç 90-cı illərdə Vladiqafqaz klubu üçün oynayan, azərbaycanlı futbolçu, Rusiya çempionu Nazim Süleymanovun 50 illiyinə həsr edilib.
Matç mayın 24-də baş tutacaq. “Neftçi” komandasının veteranlarının səfəri AFFA tərəfindən təşkil olunacaq.
Xatırladaq ki, Nazim Süleymanovun 50 yaşı fevralın 17-də tamam olub.
F.H.
www.oxu.az