Müğənni Elnarə Xəlilova yanğında həlak olanların xatirəsinə mahnı ithaf edib.
Oxu.Az xəbər verir ki, “Yalnızlıq” adlı mahnının musiqisi Vüqar Camalzadəyə, sözləri Kənan İsrafilova aiddir.
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş vermiş yanğın nəticəsində yaşayış binası tamamilə yanaraq məhv olub. Hadisə nəticəsində 16 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Aytən Sadıqzadə
www.oxu.az