Avqustun 26-da Laçın şəhərində üçüncü dəfə Laçın Şəhəri Günü keçiriləcək.
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli şəkildə qeyd olunacaq.
Tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar da iştirak edəcəklər.
Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.
Laçında növbəti Şəhər Günü keçiriləcək
Əzizə İsmayılova