Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lavrov: “Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır” - VİDEO
“Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq bəzi Qərb dövlətləri öz ərazilərində belə bir saziş bağlamaq istəyirlər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı News.ru-nun sualını cavablandırarkən bildirib.
O, İrəvanın buna nə dərəcədə hazır olmasının hələ məlum olmadığını vurğulayıb.
“Bu bir həqiqətdir ki, bizim qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Azərbaycanın sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm. Ermənistan paytaxtına çoxdan müvafiq siqnallar göndərilib”, - deyə XİN rəhbəri qeyd edib.