Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşdə bildirib.
O deyib ki, iyun ayında Sergey Lavrov, daha sonra isə Dmitri Roqozin Bakıda səfərdə olacaqlar.