Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu barədə Hamburqda ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.
Onun sözlərinə görə, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir.
N.O.
www.oxu.az