Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lavrov: “Rusiya ümid edir ki, heç kim Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmayacaq”
“Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya mane olmayacağına ümid edir”
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımızdan bəziləri bu proseslərə (Cənubi Qafqazda nizamlamaya - red.) mane olmayacaq, tərəfləri Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli formatında əldə edilmiş razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə istiqamətləndirəcəklər”, - deyə o, bildirib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri türkiyəli həmkarının dəvəti ilə aprelin 6-da Ankaraya yollanıb. Aprelin 7-də nazirlər görüşüblər. Görüş zamanı enerji məsələləri, Ukrayna ətrafındakı vəziyyət, “Taxıl sazişi”nin həyata keçirilməsi, eləcə də Qarabağda vəziyyətin normallaşdırılması, Dəməşq və Ankara arasında dialoq kimi mövzular ətrafında müzakirələrin aparılıb.
Mənbə: TASS
Mövzuya aid xəbərlər
- Çavuşoğlu: “Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanırıq”
- Çavuşoğlu: “İstəyimiz tezliklə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasıdır” -VİDEO
- Lavrovla Çavuşoğlu Ankarada mətbuat qarşısına çıxdılar - YENİLƏNİB + VİDEO
- Lavrov Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək