Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.