Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Leyla Abdullayeva: “Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib”
“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib”.
APA xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa mətbuatına açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.
Martin Rayanın atası Riçard isə Fransa mətbuatına bildirib ki, ailə artıq onunla danışıb:
“Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.
Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını “persona non grata” elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
"Fransa" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Fransa "Nestle"yə qarşı istintaqa başlayıb
- "Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"